• Hənifə Ələsgərov, Bakı, Azərbaycan
  • (+994 12) 562 5585
  • AZ
    AZ EN RU
Logo
Logo
  • Məhsullar
  • Proqramlar
  • Layihələr
  • Sertifikatlar
  • Yeniliklər
    • Xəbərlər
    • İş elanları
    • Hesabatlar
  • Əlaqə
968
Ödəniş
WhatsApp
Image Not Found

İAŞƏ Obyektləri üçün Yeni Vergi Güzəştləri

  • ƏSAS
  • Yeniliklər
  • İAŞƏ Obyektləri üçün Yeni Vergi Güzəştləri
Thumb
  • 27.01.2026

İaşə fəaliyyəti göstərən şəxslərin nağdsız ödənişlər üzrə vergi yükü azaldılır

2026-cı il yanvarın 1-dən iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyiciləri tərəfindən həmin vergi hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Bundan başqa, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslərin POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.

Nümunə 1:

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək.

Nümunə 2:

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək.

Rəsmi mənbə: Dövlət Vergi Xidmətinin məlumatı

https://www.instagram.com/p/DUAgxCbEUsO/

Bu güzəştlərdən yararlanmaq üçün kassa və mPOS sistemlərinin düzgün qurulması və bütün satışların rəsmi şəkildə aparılması tələb olunur.
Vergi güzəştlərindən problemsiz və səmərəli istifadə üçün Caspos MMC-yə müraciət etməyiniz tövsiyə olunur.

Paylaş:

ƏVVƏLKİ
Satış üzrə nümayəndələrlə illik hesabat görüşü

Son yeniliklər

  • Thumb
    27.01.2026
    İAŞƏ Obyektləri üçün Yeni Vergi Güzəştləri
  • Thumb
    23.01.2026
    Satış üzrə nümayəndələrlə illik hesabat görüşü
  • Thumb
    18.12.2025
    Korporativ Bilik Yarışması
  • Thumb
    14.11.2025
    Şirkətimiz 14-cü yaşını qeyd etdi

Kateqoriyalar

  • İş elanları0
  • Xəbərlər53
  • Hesabatlar1

Bizi izləyin

Shape
Logo

"CasPos" MMC şirkəti 2011-ci ilin noyabr ayında fəaliyyət başlamışdır. Kassa operatoru kimi artıq 14 ildir ki, bazarda fəaliyyət göstərir.

Menyu

  • Məhsullar
  • Layihələr
  • Proqramlar
  • Yeniliklər
  • Əlaqə

Menyu

  • Kataloq

Abunə ol

e-Poçtunla qeydiyyatdan keç, şirkətimizdə baş verən yeniliklərdən, aksiya və kampaniyalardan xəbərdar ol.

© 2011 - 2025 | CasPos MMC | Bütün hüquqlar qorunur!

Kukilərə icazə verməniz, bu saytın istifadəsi ilə bağlı təcrübənizi təkmilləşdirəcəkdir.