Thumb

Z92

Müasir bizneslər üçün nəzərdə tutulmuş Z92 – çoxfunksiyalı, yüksək performanslı və çevik mobil POS həllidir. Android 15 platformasında çalışan cihaz satış, ödəmə, inventar idarəçiliyi, onlayn sifarişlərin qəbulu və müştəri xidmətlərinin avtomatlaşdırılması üçün hazırlanıb.

Bu modelin əsas üstünlüyü bank proqramları ilə tam inteqrasiya imkanıdır — müştərilər üçün mobil POS vasitəsilə birbaşa ödəniş, qəbz və çek çıxarışı mümkündür. Nəticədə Z92 yalnız POS cihazı deyil, biznes proseslərini optimallaşdıran tam funksional satış ekosistemi rolunu oynayır.

Z92 innovativ texnologiyalarla təchiz olunub: 5.5 düymlük OGS texnologiyalı HD sensor ekran, güclü 4 nüvəli prosessor, inteqrasiya olunmuş 58 mm termal printer, NFC dəstəyi, GPS modulu və barmaq izi skaneri (opsional) ilə istənilən ticarət mühitində rahat və sürətli iş imkanı yaradır.

Əsas xüsusiyyətlər:

  • Əməliyyat sistemi: ZOS, Android 15 əsaslı
  • Prosessor: 4 nüvəli ARM Cortex-A53, 2.0 GHz
  • Yaddaş: 2 GB RAM + 16 GB ROM (opsional: 3 GB RAM + 32 GB ROM)
  • Ekran: 5.5” HD (720×1280), OGS, multi-touch
  • Printer: 58 mm termal printer, 40 mm etiket çapı
  • Komunikasiya: 4G, WiFi, Bluetooth (5.0 BLE), GPS
  • Batareya: 7.4V / 3020 mAh
  • Çəkisi: 424 q (batareya ilə)
  • Skaner: 1D / 2D Professional Scan Engine (opsional)
  • Barmaq izi oxuyucu: 508 PPI, 12.8×18 mm (opsional)
  • Portlar: 1×Type-C, OTG dəstəyi
  • Mühafizə: IP54, toz və suya davamlı
  • Sertifikatlar: CE, FCC, RoHS