“Metrix” proqramı mağazalar və supermarketlər də daxil olmaqla ticarət obyektləri üçün nəzərdə tutulub və biznesin avtomatlaşdırılmasını təmin edir.
Proqramın imkanları:
Sürətli satış imkanı;
İstənilən növ ağıllı tərəzilər, ştrix-kod printerləri, çek printerləri və ştrix-kod skanerləri ilə inteqrasiya;
Satışdan sonra çek və hesab-fakturaların çapı;
Müxtəlif satış növləri (nağd, kart, avans və s.);
Sənəd dövriyyəsinin izlənməsi və bütün əməliyyatların sənəd formasında saxlanılması;
Hər bir istifadəçi üçün fərdi giriş hüquqlarının təyin edilməsi;
Bir neçə obyektin mərkəzləşdirilmiş idarə olunması;
Əməliyyat tarixçəsinin baxışı (əməliyyat jurnalı);
Anbar nəzarəti.