"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin İyul ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Daxili Audit Xidmətinin əməkdaşı Fatima Qurbanova “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Fatima Qurbanovanın birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibət ilə Fatima xanımı təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!